Bakıda keyfiyyətsiz sərinləşdirici içki istehsalı faktı aşkarlanıb
11 İyul 2012 Çərşənbə 13:47
Suların uyğunluq sertifikatı olmadan istehsal edildiyi müəyyənləşirilib.
Bakıda keyfiyyətsiz sərinləşdirici içki istehsalı aşkarlanıb. ANS PRESS-in məlumatına görə,
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin sərinləşdirici içkilər bazarında apardığı onitorinq nəticəsində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məktəb küçəsi,4A ünvanında Süleyman Süleymanova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı portağal, qarağat nektarlarının və qazlı suların uyğunluq sertifikatı olmadan istehsal edildiyi aşkar edilib.

Düşes və tərxun sərinləşdirici içkilərinin saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətlərdən artıq göstərildiyi müəyyənləşdirilib. Bundan başqa, yoxlama zamanı albalı, şaftalı, qarağat və portağal nektarlarının etiketlərində məhsulun xaricdə istehsalı barədə istehlakçıda yanlış təəssürat yaradan sözlərin ("Cherry nectar", "Peach nectar", "Black-Currant nectar", "Orange nectar") yazıldığı müəyyən edilib. Müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Araşdırmalar davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar