Bu səhər yenidən Bakı səmasında qırıcı təyyarələr və helikopterlər müxtəlif manevrlər edərək uçuşlar həyata keçirib. ANS PRESS-in məlumatına görə, Güman edilir ki, bu uçuşlar Bakıda iyunun 26-da baş tutacaq hərbi parada hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, iyunun 26-da Bakıda Azadlıq meydanında baş tutacaq hərbi paradda Hərbi Qüvvələrin bütün növləri iştirak edəcək. Hərbi parad Azərbaycanın müstəqillik qazanmasının 20 illiyinə həsr edilib. ANSPRESS
Bakıda hərbi parada hazırlıq gedir
Paytaxt səmasında növbəti dəfə helikopterlər və qırıcı təyyarələr müşahidə edilib.




Şərhlər