Bakıda havanın hərarəti 33 dərəcəyə çatacaq
17 İyun 2011 Cümə 04:24
Bəzi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Bu gün Bakıda və Abşeron yarımadasında İyunun 17-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 dərəcə isti, gündüz 28-33 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz: Yaxın 2 gündə Abşeron yarımadasında xəzri küləyinin üstünlüyü və iqlim normasına yaxın temperatur şəraiti əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar