Bakıda havanın hərarəti 25 dərəcəyə çatacaq
16 May 2011 Bazar Ertəsi 11:13
Yaxın 3 gün ərzində Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir
Həftənin ilk günlərində ölkə ərazisində isti hava şəraiti müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz, səhər zəif dumanlı hava şəraiti proqnozlaşdırılır.

Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Mayın 18-də də dəyişkən buludlu, yağmursuz hava davam edəcək. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti təşkil edəcək.

Yaxın 3 gün ərzində Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında mayın 17-də gecə və səhər saatlarında duman, bəzi şimal-şərq rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 15-19° isti olacaq.

Mayın 18-də hava əsasən yağmursuz keçsədə, səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz 17-22° isti təşkil edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar