Bakıda gül bayramı keçirilir
10 May 2011 Çərşənbə Axşamı 15:04
Bakıya dünyanın 50 ölkəsindən 10 milyona yaxın gül gətirilib
Bu gün Azərbaycanda Heydər Əliyevin anadan olmasının 88-ci il dönümünə həsr olunmuş Gül bayramı keçirilir. Paytaxtda Heydər Əliyev Sarayının qarşısındakı parka dünyanın 50 ölkəsindən 10 milyona yaxın gül gətirilib. Park yerli və xarici mütəxəssislərin köməyilə gül-çiçəklərlə bəzədilib. Parkın dəmir hasarlarına "qonan" güllərdən hazırlanmış kəpənəklər, işıq dirəklərinə sarmaşaçiçəklər parka xüsusi estetik zövq verir.
Gül bayramında üzəri çiçəklərlə və Heydər Əliyevin potretilə bəzədilən hava şarlarını da görmək mümkün idi. Bundan başqa, al-əlvan geyinən balacalar da bayrama xüsusi rəng qatırdı. Milli ordunun bir qrup əsgəri isə hərbi orkestrin müşayiəti Rəşid Behbudov küçəsi boyunca irəliləyirdi.
Bayram 3 gün saat 11:00-dan 19:00-dək davam edəcək.
Qeyd edək ki, bu gün Dənizkənari Milli Parkda konsert proqramı da təşkil olunacaq. Gül bayramının sonunda atəşfəşanlıq olacağı planlaşdırılır.
DOSTLARINLA PAYLAŞ: