Bakıda genc feallar saxlanılıb
14 İyul 2013 Bazar 16:53
Hal-hazırda gənclərin saxlanma səbəbi barədə heç bir məlumat verilmir.
Bu gün günorta saatlarında "Azad Gənclik Təşkilatı" İdarə Heyəti üzvü Ülvi Həsənli və “Nida” Vətəndaş Hərəkatının üzvü Emil Bağırov mülki geyimli polislər tərəfindən şübhəli şəxs qismində saxlanılaraq 39-cu polis bölməsinə aparılıblar. Bu barədə musavat.com-a dostları bildiriblər. Hal-hazırda gənc fəalların saxlanma səbəbi barədə heç bir məlumat verilmir.
Qeyd edək ki, “Azad Gənclik Təşkilatı”nın sədri Ülvi Həsənli iyunun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində 4 saat dindirilmişdi.
Aldığımız son məlumata görə, "Azad Gənclik Təşkilatı"nın daha bir üzvü Məcid Mərcanlı da polis idarəsinə çağırılıb. M.Mərcanlı bildirib ki, səbəb olaraq bir neçə gün əvvəl şəhərdə hakimiyyət əleyhinə yayılan vərəqələr göstərilir.
NİDA üzvü Kənan Qasımlı da polis bölməsinə çağrılıb. Son məlumata görə gənclər hal-hazırda "Nizami" metrostansiyası yaxınlığında yerləşən Bakı Şəhər Baş Polis İdarəsinin Metro Polis Şöbəsinə gətiriblər.
DOSTLARINLA PAYLAŞ: