Bakıda “Eurovision” hazırlığına kadrların cəlb edilməsi prinsipləri açıqlanıb
17 Avqust 2011 Çərşənbə 11:43
Layihəyə minlərlə şəxs cəlb olunacaq
“Eurovision” mahnı müsabiqəsinə hazırlıq üçün könüllülər və digər işçi heyəti işə mərhələlərlə cəlb olunacaq. Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) ictimaiyyətlə əlaqə və monitorinq şöbəsinin müdiri Tahir Məmmədov məlumat verib.

O bildirib ki, ümumi layihəyə könüllülər, sürücülər, texniki heyət, xarici ekspertlər, televiziya heyəti, səhnədə çıxış edəcək şəxslərə xidmət edənlər və sair personaldan ibarət minlərlə şəxs cəlb olunacaq.

Onun sözlərinə görə, hazırda İctimai Televiziyanın heyəti, Avropa Yayımları Birliyindən bu işləri əlaqələndirən şəxslər cari məsələlərin həlli ilə məşğuldurlar. Həmçinin ölkədəki ümumi hazırlıqla bağlı səfərbər olunan təşkilatların cavabdeh şəxsləri işə cəlb ediliblər.

İTV rəsmisi könüllülərin cəlb olunacağını da bildirərək deyib ki, hazırda bununla bağlı konkret qərar qəbul olunmayıb, prinsiplər müəyyənləşdirilməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar