Bakıda dumanlı hava aeroportun işinə necə təsir edib?
29 Mart 2014 Şənbə 11:03
Duman Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə xələl gətirməyib.
Bu gün Bakıda müşahidə olunan güclü duman Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir etməyib.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin ANS PRESS-ə verdiyi məlumata görə, dumanlı havada aviareyslərin yola salınması və qəbulunda heç bir problem yaranmayıb.

“Hazırda hər şey qaydasındadır. Şükürlər olsun ki, heç bir problem yoxdur. Aviareyslərin yola salınması və qəbulu hormaldır”, - deyə Məhərrəm Səfərli bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Bakıda və Abşerob yarmadasında dumanlı hava müşahidə olunur. Bundan başqa, dumanlı hava şəraiti ölkənin bir çox rayonlarında da hökm sürür. Dumanlı havanın bu gün günorta saatlarına qədər davam edəcəyi, havanın arabir yağıntılı olacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar