Bakıda dinlərarası dialoq mövzusunda Beynəlxalq konfrans keçiriləcək
04 Noyabr 2009 Çərşənbə 15:50
Bakıda “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda Beynəlxalq konfrans keçiriləcək. Konfrans Şeyxülislam Hacı Allahşükür Paşazadənin 60 illiyinə həsr ediləcək
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, konfrans noyabr ayının 6-7-də baş tutacaq. Konfrans Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 60 və şeyxülislamlıq fəaliyyətinin 30 illiyinə həsr olunur.
Konfransda bir sıra ölkələrin dövlət başçılarının, digər rəsmi şəxslərinin, beynəlxalq təşkilatların rəhbərlərinin, tanınmış adamların, siyasətçilərin və din adamlarının Şeyxülislama ünvanladığı təbriklər səslənəcək.
Beynəlxalq konfransda 25 ölkədən, Rusiya Federasiyasının subyekti olan 5 respublikadan rəsmi şəxslər, din xadimləri, dinşünaslar, 7 beynəlxalq təşkilatın, Azərbaycandakı səfirliklərinin nümayəndələri, ölkəmizdəki din və konfessiyaların təmsilçiləri iştirakı edəcəklər.
Konfrans dini etiqad azadlığının təmin olunması, tolerantlıq ənənələrinin getdikcə gücləndirilməsi ilə bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, dinlərarası dialoq və əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir.
Tdbirdə Azərbaycanın zəngin tolerantlıq ənənələri, onun müxtəlif din və etiqadlara mənsub insanların mehriban və dinc şəraitdə birgə yaşadığı ölkə olması, dövlət-din münasibətlərinin tənzimlənməsi, bu sahədə qazanılan təcrübə ilə bağlı fikir mübadiləsi aparılacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: