Bakıda dəniz taksiləri fəaliyyət göstərəcək
11 Mart 2014 Çərşənbə Axşamı 14:36
Dəniz taksiləri Dövlət Bayrağı Meydanından Əhmədli qəsəbəsinədək və əks istiqamətdə xidmət göstərəcək.
Yaxın gələcədə Bakı şəhərində dəniz taksiləri fəaliyyətə başlayayacaq.

Bunu Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Bakı buxtasında kiçik dəniz taksiləri fəaliyyət göstərəcək: "Dəniz taksiləri Dövlət Bayrağı Meydanından Əhmədli qəsəbəsinədək və əks istiqamətdə xidmət göstərəcək".

O bildirib ki, belə taksilər gələcəkdə Bakı buxtasını hazırda abadlıq işləri aparılan Nargin adası ilə birləşdirəcək: "Katerlərin sürəti Nargin adasına 5-8 dəqiqəyə çatmağa imkan verir. Dəniz taksilərinin dayanacağı bulvardakı paraşüt qülləsinin yaxınlığında yerləşəcək".

Administrasiya rəhbəri qeyd edib ki, əvvəllər buxtaya 3 gəzinti kateri, sonra isə daha 1 kater gətirilib. Hazırda Azərbaycan Dövlət Dəniz Administrasiyasının sifarişi ilə Türkiyədə yeni katerlər istehsal olunur. Dəniz taksiləri 5 istiqamət üzrə fəaliyyət göstərəcək».

Bakı-Lənkəran reysi üzrə dəniz taksilərinin buraxılmasına gəldikdə isə, Q.Qurbanov bildirib ki, belə bir marşrutun açılması maddi baxımdan sərfəli deyil: "Dəniz yolu ilə Lənkərana 5-6 saata çatmaq mümkündür. Bu, həm vaxt, həm də maliyyə baxımından sərfəli deyil2.


DOSTLARINLA PAYLAŞ:

oyunlar