Bakıda Dədə Qorqud heykəli qoyulacaq
19 İyul 2011 Çərşənbə Axşamı 22:55
Prezident İlham Əliyev Bakının Nərimanov rayonunda Dədə Qorqud parkının salındığı ərazidə olub.
Prezident İlham Əliyev Bakının Nərimanov rayonunda Dədə Qorqud parkının salındığı ərazidə olub. İlham Əliyev ərazidəki mövcud vəziyyətlə yaxından tanış olub. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, burada əsaslı yenidənqurma və abadlaşdırma işləri aparılacaq, paytaxt sakinlərinin istirahəti üçün lazım olan şərait yaradılacaq.

Prezident İlham Əliyev parkda yenidənqurma işlərinin yüksək səviyyədə aparılması və burada Dədə Qorqudun abidəsinin ucaldılması barədə ümumilli lider Heydər Əliyevin 2000-ci ilin aprelində imzaladığı fərmanın icrası ilə bağlı müvafiq göstərişlərini verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar