Bakının Yasamal rayonunda "Nizami" metrosstansiyasının qarşssında park salınır. Hazırda ərazidə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təmir işləri aparılır. İş icraçısı Mehman Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, park may ayının sonu, iyun ayının əvvəllərinə kimi hazır olacaq.
“Parkda Bakının ilk memarı, məşhur incəsənət xadimlərindən olan Zivərbəy Əhmədbəyovun heykəli ucaldılıb. Heykəlin açılışı iyunun 15-də olacaq. Açılışda dövlət başçısının da iştirak edəcəyi gözlənilir. Zivərbəy Əhmədbəyovun heykəlinin “Nizami” metrostansiyasının qarşısında ucaldılması təsadüfi deyil. Metronun sol tərəfində memarlıq üslubunda tikilən binanın müəllifi məhz odur”, - deyə Mehman Məmmədov vurğulayıb. ANSPRESS
Bakıda daha bir park salınır
Parkda Bakının ilk memarı Zivərbəy Əhmədbəyovun heykəli ucaldılıb.




Şərhlər