Bakıda daha bir neçə yol qeyri-müəyyən müddətə bağlandı
20 Avqust 2011 Şənbə 01:57
Dövlət Yol Polisi şəhərin mərkəzindəkt təmir işləri ilə əlaqədar sürücülərə müraciət edib
Bu gündən Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə ANS PRESS-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib. O, bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamına əsasən avqustun 20-dən əsaslı təmir-tikinti işlərinin getməsi ilə əlaqədar paytaxtın İstiqlaliyyət küçəsi və Azərbaycan prospektinin kəsişməsindən, Qoşa Qala qapısı istiqamətinə Gənclər Meydanı da daxil olmaqla bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhalinin və avtomobil sahiblərinin nəzərinə çatdırır ki, tikinti işləri başa çatanadək bu istiqamətdən istifadə edənlər alternativ yollarla hərəkətlərini davam etdirsinlər.
DOSTLARINLA PAYLAŞ: