Bakıda alternativ hesabatın hazırlanmasına dair seminar keçiriləcək
11 Avqust 2011 Cümə Axşamı 10:51
Seminar ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə baş tutacaq
ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə avqustun 23-24-də alternativ hesabatın hazırlanmasına dair seminar keçiriləcək. ATƏT-in Bakı ofisindən verilən məlumata görə, seminarda vətəndaş cəmiyyətinin nümayəndələri, beynəlxalq ekspertlər və KİV təmsilçiləri iştirak edəcəklər.
Alternativ hesabatın hazırlanmasına dair seminar ikinci dəfədir ki, təşkil olunur. Təlimlərin birinci hissəsi iyunda keçirilib.
Seminarın təlim proqramı BMT mexanizmlərini, mövcud hesabatların müqayisəsini, alternativ hesabatlara dair məlumatları əhatə edir.
Təlimlər beynəlxalq ekspertlər tərəfindən aparılacaq.
DOSTLARINLA PAYLAŞ: