Bakıda və Abşeron yarımadasında hava iyunun 22-də dəyişkən buludlu, yağmursuz olacaq, cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin
APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 30-34 dərəcə, axşam 20-23 dərəcə isti gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun hərarəti 22-23 dərəcə isti olacaq. İyunun 23-də hava az buludlu, yağmursuz olacaq, cənub küləyi əsəcək. Gecə 20-23, gündüz 31-36 dərəcə isti gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.
İyunun 24-də hava az buludlu, yağmursuz olacaq, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 32-37 dərəcə isti olacaq. İyunun 25-də hava dəyişkən buludlu, yağmursuz keçəcək, cənub küləyi əsəcək. Gecə 22-24, gündüz 32-36 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyunun 23-də hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Şərq küləyi əsəcək. Gecə 16-21, gündüz 30-35, dağlarda gecə 10-13, gündüz 19-24 dərəcə isti olacaq.
İyunun 24-25-də hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-23 dərəcə, gündüz 32-37 dərəcə, dağlarda gecə 10-14 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.