Bakıda 352 binanın layihesi itirilib
29 Yanvar 2014 Çərşənbə 12:17
FHN Bakının rayonlarında istismarda olan 608 binaya baxış keçirilib.
Fövqelade Hallar Nazirliyi (FHN) Bakı Regional Merkezi terefinden 2013-cü ilde Bakının rayonlarında istismarda olan 608 binaya baxış keçirilib.

APA-nın melumatına göre, bunu “İstismarda olan bina ve qurğuların texniki tehlükesizliyinin 2013-cü ilde aparılmış monitorinqin neticeleri ve qarşıda duran vezifeler” mövzusunda keçirilen deyirmi masada FHN-in Bakı Regional Merkezinin reis müavini Tale Şamçıyev deyib.

Monitorinq Bakının Bineqedi, Xetai, Nerimanov, Nesimi, Sabunçu, Sebail ve Yasamal rayonlarında 12 Menzil Kommunal İstismar Sahesinde (MKİS) aparılıb. Aşkar olunan pozuntu halları ile bağlı 173 akt tertib edilib. en çox akt Nerimanov (70 akt ) ve Nesimi (52 akt) rayonlarının payına düşür.

Monitorinq zamanı 352 layihesi itirilmiş bina aşkarlanıb. Bele hallara da en çox Nerimanov (156 bina) ve Nesimi (144 bina) rayonlarında rast gelinib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar