Bakıda 2 əlavə şəhər mərkəzi yaradılacaq
17 Oktyabr 2013 Cümə Axşamı 18:50
Nəzərdə tutulan bütün bu işlərin 2030-cü ilə qədər reallaşacaq.
Şəhərin mövcud mərkəzindən savayı daha iki mərkəz də yaradılacaq. Çünki, şəhərin mərkəzində həddindən artıq sıxdır. İnsanlar, avtomobillər, ali məktəblər, otellər, idarə müəssisələr , sənaye obyektləri və s.nin şəhərin mərkəzində daha çox toplanması sıxlığın yaranmasına səbəb olub.
Bəzi paytaxt sakinləri isə sıxlığın yaranmasının tək səbəbini avtomobillərin sayının çoxluğu ilə izah edirlər.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində şəhərin mərkəzində sıxlığı yaradan faktorların çox olmasını nəzərə alaraq üzərində işlədikləri böyük Bakının regional inkişaf planında paytaxtın iki fərqli istiqamətində mərkəz yaradılmasını təklif ediblər. Alt mərkəz adlanacaq bu mərkəzlərdən biri xırdalan şəhərində digəri isə metronun Koroğlu stansiyasının ətrafında yaradılacaq.
Böyük Bakının regional inkişaf planının layihə icra qrupunun rəhbəri, Novruz Eldarlı: “Şəhərin mərkəzi nə qədər kifayət obyektlər olacaq. Yəni daha ehtiyac olmayacaq insanlar iş üçün alış veriş üçün gəzinti üçün şəhərin mərkəzinə gəlsin”.
Nəzərdə tutulan bütün bu işlərin 2030-cü ilə qədər reallaşacaq
DOSTLARINLA PAYLAŞ: