Bakı Xarkov uçuşları dayandırılacaq
    27 Mart 2014 Cümə Axşamı 13:39
    Ukraynanın UTair-Ukraine aviaşirkəti Xarkov Bakı Xarkov marşrutu üzrə birbaşa uçuşları martın 29-da dayandıracaq.
    
                	 
    
         AZAL-ın məlumat bürosundan ANS PRESS-ə verilən məlumata görə, axırıncı aviareys həmin tarixdə həyata keçiriləcək. Məlumat bürosundan bildiriblər ki, aviareyslərin dayandırılmasının səbəbləri açıqlanmır. Reyslərin nə vaxtdan bərpa olunacağı barəsində də məlumat verilmir.
Bakı-Xarkov marşrutu üzrə uçuşlar həftənin şənbə günü həyata keçirilir. Bakıdan Xarkova uçuşlar saat 16:40-da həyata keçirilir. Xarkovdan Bakıya isə saat 15:40-da uçuşlar həyata keçirlir. 
DOSTLARINLA PAYLAŞ: