Bakı-Tiflis-Ceyhan neft kəməri boyunca seysmik təhlükəli zonalar müəyyənləşdirilib
21 İyun 2011 Çərşənbə Axşamı 11:08
Bakı-Tiflis-Ceyhan neft kəmərinin seysmik təhlükəsizliyi nəzarətdədir. Kəmər boyunca təhlükəli zonalar müəyyənləşdirilib, qabaqlayıcı tədbirlər görülür.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin müdiri Fəxrəddin Qədirov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, BTC-nin seysmik təhlükəsizliyinin təmini ilə bağlı çox ciddi işlər aparılır: “Kəmər boyunca mikroseysmik rayonlaşdırma geniş monitorinq sistemi tətbiq olunur, deformasiya proseslərinə nəzarət edilir”.

F. Qədirov bu monitorinqin üçüncü ildir ki, aparıldığını deyib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar