Bakı Sumqayıt yolunda maksimal sürət həddi artırıldı
11 İyul 2012 Çərşənbə 19:40
Bakı Sumqayıt yolunda maksimal sürət həddi 110-a çatdırılıb.
Azərbaycanda əsas magistral yollardan birində maksimal sürət həddi artırıldı. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev çərşənbə günü Trend-ə bildirib ki, Bakı-Sumqayıt yolunda maksimal sürət həddi 110-a çatdırılıb. Qeyd edək ki, bundan əvvəl Bakı-Sumqayıt yolunda maksimal sürət 90 olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar