Ölkə

Bakı səmasında qırıcı təyyarələr və helikopterlər dövr edib

Paytaxtda hərbi paradın məşqləri davam edir.

· Xəbərçi
Bakı səmasında qırıcı təyyarələr və helikopterlər dövr edib
Bu gün səhər saatlarından başyaraq paytaxt Bakıda "Azadlıq" meydanında, Hökümət evinin qarşısında iyunun 26-da keçiriləcək hərbi paradın məşqlərinə başlanılıb. ANS PRESS-in məlumatına görə, hərbi paradda zirehli texnikalarla yanaşı, havada təyyarələrin uçuşu həyata keçirilib. Təqribən saat 12 radələrində Bakı səmasında qırıcı təyyarələr və helikopterlər dövr edib.

Qeyd edək ki, hərbi parad Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93-cü, Dövlət Müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə keçiriləcək.

ANS PRESS Bakı səmasında müşahidə edilən qırıcı təyyarələrin fotolarını təqdim edir. ANSPRESS

Şərhlər