Bakı səmasında möcüzəli Ay
02 Fevral 2014 Bazar 02:18
Firudin Qurbansoy: “Ayın istiqamətinin və formasının dəyişməsində heç bir qəribəlik yoxdur”
Bu gecə Bakı səmasında qəribə formalı Ay görünüb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, bu həmişə gördüyümüz Aydan fərqli olaraq bu dəfə Yerin aşağı hissəsi görünüb. Ayın bu formada görünüşü paytaxt sakinlərinin marağına səbəb olub. Həmçinin Ayın görünüşündə də qəribəlik müşahidə olunub.

Məsələ ilə əlaqədar tanınmış astroloq Firudin Qurbansoy ANS PRESS-ə açıqlamasında burada ciddi bir məsələ olmadığını bildirib. Onun sözlərinə görə, bəzən insanların anlaya bilməyəcəyi və qəribə saydığı hadisənin bir elmi izahı var.

“Ayla bağlı son yüzillikdə elə də cidid hadisə qeydə alınmayıb. Lakin Ayın hansı tərəfdən və nə formada çıxması birmanalı deyil. Ay 28 görkəmdə olur. Bəzən eyni vəziyyətdə görünməyə bilər. Lakin əsasən Ay 3 formada görüünr. Bədirlənmiş, yni dolu Ay, İlal, yəni nazik Ay və Aypara Ay. Lakin Ayın 28 müxtəlif görünüş forması var. Yəni Ayın kiminsə Ayı qəribə görməsi adi hal ola bilər”, -deyə Firudin Qurbansoy bildirib.

Astroloqun sözlərin görə, havanın şaxtalı, dumanlı olması da, Ayın görünüşünü dəyişə bilər. Yəni insan gözü ilə görüntünün forması dəyişə bilər. Hava şaxtalı olanda, havadakı toz dənələri donur. Bu zaman işıq müxtəlif formalara parçalanır. Bu zaman da, Ayın istiqamətinin və formasının dəyişməsində heç bir qəribəlik yoxdur.















DOSTLARINLA PAYLAŞ:

oyunlar