Bakı şəhər Prokurorluğunda yeni təyinatlar həyata keçirilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Milli.Az verdiyi məlumata görə, Azərbaycan Baş prokuroru Zakir Qaralovun müvafiq əmrləri ilə Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Ramiz Rzayev Bakı şəhər prokurorluğunun Müraciətlərə baxılması şöbəsinin böyük prokuroru vəzifəsinə təyin olunub.
Bakının Nizami rayon prokurorunun köməkçisi Günel Əkbərova isə tutduğu vəzifədən azad olunmaqla, ona Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi vəzifəsinin icrası həvalə edilib.
Bakı şəhər prokurorluğunda kadr təyinatı olub
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri məlumat verib




Şərhlər