Ölkə

Bakı şəhər Baş Polis İdarəsində püşkatma keçirilib

Bakı şəhər Baş Polis İdarəsində paytaxtın polis qarnizonunda xidmət edən, avtomobil nəqliyyatı üzrə ixtisası olan sıravi və kiçik rəis heyətindən Dövlət Yol Polisinə müfəttişlər seçmək üçün püşkatma keçirilib.

· Xəbərçi
Bakı şəhər Baş Polis İdarəsində püşkatma keçirilib
 APA-nın məlumatına görə, BŞBPİ-nin rəisi, polis general-mayoru Rafiq Abbasov püşkatmaya dəvət olunanların təcrübəli əməkdaşların içərisindən müsabiqə yolu ilə seçildiyini və onların yeni vəzifələrində də vətənə sədaqətli, xidməti işlərinə məsuliyyətli, intizamlı olacaqlarına şübhə etmədiyini bildirib.

Daha sonra BŞBPİ-nin Kadrlar İdarəsinin rəisi, polis polkovniki İlqar Əzimov vakant yerlərin (Səbail və Nərimanov rayonlarının hər biri üzrə 4, Sabunçu və Suraxanı rayonlarının hər biri üzrə 2 yer olmaqla) və əməkdaşların adlarını (12 nəfər) elan edib. Sonra püşkatma keçirilib və 12 nəfər yeni vəzifələrə seçilib.
 
APA

Şərhlər