Prezident İlham Əliyev Bakı Sağlamlıq Mərkəzinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında
sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sərəncama əsasən, Bakı Sağlamlıq Mərkəzinin tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 5,0 (beş) milyon manat məbləğində vəsait ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi isə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək. ANSPRESS
Bakı Sağlamlıq Mərkəzinin tikintisinə 5 mln manat ayrılıb
Bakı Sağlamlıq Mərkəzinin tikintisinə 5 mln manat ayrılıb. Prezident İlham Əliyev bu məqsədlə sərəcam imzalayıb.




Şərhlər