Bakı–Quba yolunda nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq
26 Avqust 2011 Cümə 14:42
ARDNŞ sürücülərə xəbərdarlıq edir
Avqustun 26-da gecə saat 24:00-dan avqustun 27-si səhər saat 8:00-a kimi Bakı–Quba magistral yolunda nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq. Bu barədə Dövlət Neft Şirkətinin saytında məlumat yerləşdirilib. Magistral yol Sumqayıt şəhəri ilə H.Z.Tağıyev qəsəbəsini birləşdirən magistral yolun yaxınlığındakı “Azərikimya” İstehsalat Birliyinə aid dəmir yolu xəttində aparılacaq təmir işləri ilə əlaqədar bağlacaq.

Həmin istiqamətdə hərəkət edən sürücülərdən qeyd olunan müddət ərzində yeni Bakı–Quba yolundan istifadə etmələri xahiş olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar