Bakı polisi qızları aldadıb kişilərə satan qadını Türkiyədə həbs etdi
01 İyul 2011 Cümə 16:18
Qızları aldadıb kişilərə satan qadın Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşları tərəfindən həbs edilib.
Qızları Türkiyəyə aparıb satan qadın həbs olunub. Milli.Az-ın məlumatına görə, həmin şəxs 36 yaşlı Mərziyyə Məmmədovadır. O, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi (İAQMİ) tərəfindən Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsin barəsində insan alveri, yəni şəxsin alqı-satqısı (144-1.2.1, 144-1.2.2-ci) maddələri ilə axtarışda olub.
M.Məmmədova Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşları tərəfindən həbs edilib.
Bölmədən verilən məlumata görə, M.Məmmədova bir müddət əvəl Arzu adlı tanışı ilə qızları aldadaraq Türkiyəyə aparıb və orada cinsi istismara məruz qoyub. Tanışların əməlindən Könül və Aytəkin adlı qızlar zərər çəkib. Arzu adlı qadın bir müddət əvvəl tutularaq şərti azadlıqdan məhrum edilsə də, Mərziyyə qaçıb Türkiyədə gizlənib. Bölmə əməkdaşları onu Türkiyədə tutaraq İAQMİ-nə təhvil verib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: