Bakı metrosunda qatarlara kondisioner quraşdırılacaq
18 İyun 2011 Şənbə 17:27
Fuad Tağızadə: “Bu kondisionerlər bütün vaqonlarda, həmçinin maşinist kabinələrində quraşdırılacaq”.
Bakı Metropoliteni sərnişinlərə xidmətin səviyyəsini yüksəltməklə bağlı tədbir həyata keçirməyə başlayıb. ANS PRESS-in “abc.az” saytına istinadən verdiyi məlumata görə, bunu Bakı Metropoliteninin texniki-istehsal şöbəsinin müdiri Fuad Tağızadə bildirib.

Onun sözlərinə görə, son illər Bakıda yay fəslinin çox isti keçməsilə əlaqədar olaraq, qatarların bütün vaqonlarında kondisioner quraşdırılacaq: “Biz artıq kondisionerləri sifariş etmişik. Onlar bütün vaqonlarda, həmçinin maşinist kabinələrində quraşdırılacaq”.

F.Tağızadə sərnişinlərin təhlükəsizliyinin təmini üçün metropolitenin bütün stansiyalarında müşahidə kameralarının quraşdırıldığını da söyləyib. “Ümumilikdə 2,5 min kamera quraşdırılıb. Qatarların hər vaqonunda 4, hər stansiyada isə 40-60 kamera var”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar