Bakı Metrosunda qatar tuneldə qalıb
07 May 2014 Çərşənbə 09:43
Bakı Metrosunda həyəcan yaşayıb, sərnişinlər təxliyə olunub.
Bakı Metropolitenində həyəcanlı anlar yaşanıb.
Belə ki, Dərnəgül istiqamətində hərəkət edən qatar "Nərminan Nərimanov" stansiyası ilə "Ulduz" stansiyası arasında tuneldə qalıb.
ANS PRESS-in hadisə yerində olan əməkdaşının məlumatına görə, qatar təxminən 10 dəqiqə tuneldə qalıb. Daha sonra qatar yenidən hərəkət edib.
Məsələ ilə bağlı Bakı Metropoliteinin QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ANS PRESS-ə faktı təsdiqləyib. O, bildirib ki, 8:40 radələrində qatarın idarəetmə sistemində müəyyən nasazlıq yaranıb.
"Tuneldə qalan olmayıb. Sərnişinlər qatarlardan boşaldılıb. Daha sonra qatar texniki baxış üçün depoya göndərilib. 8:47 dəqiqədə qatarların hərəkəti bərpa edilib".
DOSTLARINLA PAYLAŞ: