Bakı metrosunda gərgin anlar
10 Noyabr 2013 Bazar 21:52
Stansiyada işıqların sönməsi sərnişinlər arasında ajiotaj yaradıb.
Bu gün metronun 28 May stansiyasında işıqlar sönüb.

AzNews.az əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, stansiyada işıqların sönməsi sərnişinlər arasında ajiotaj yaradıb.

Metropoliten rəhbərliyindən verilən məlumata görə, stansiyada işıqların sönməsi texniki səbəblərlə əlaqədardır:

“Narahatlıq üçün heç bir əsas yoxdur. Qatarlar qrafik üzrə hərəkət edir. Stansiyada da bir azdan işıqlarla bağlı nasazlıq aradan qaldırılacaq. Hazırda bu istiqamətdə iş aparılır. Sərnişinlərə heç bir narahatlıq olmaması barədə xəbərdarlıq edilir”.

İşıqların sönməsinə baxmayaraq qatarlar hərəkətini davam etdirib.






DOSTLARINLA PAYLAŞ:

oyunlar