Bakı Metrosu ile bağlı qerar
03 İyul 2014 Cümə Axşamı 10:31
Bakı Metropoliteni Qapalı Sehmdar Cemiyyetinin nizamnamesi ve strukturu tesdiq edilib.
“Bakı Metropoliteni” Qapalı Sehmdar Cemiyyetinin nizamnamesi ve strukturu tesdiq edilib.
ANS PRESS-in Nazirler Kabinetine istinadla verdiyi melumata göre, “Bakı Metropoliteni” Qapalı Sehmdar Cemiyyetinin yaradılması haqqında” Azerbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömreli Serencamının 5.1-ci bendinin icrasını temin etmek meqsedi ile Azerbaycan Respublikasının Nazirler Kabineti qerar verib:
““Bakı Metropoliteni” Qapalı Sehmdar Cemiyyetinin Nizamnamesi” tesdiq edilsin.
“Bakı Metropoliteni” Qapalı Sehmdar Cemiyyetinin strukturu” tesdiq edilsin.
“Bakı Metropoliteni” Qapalı Sehmdar Cemiyyeti Bakı Metropoliteninin ve “Azertunelmetrotikinti” Sehmdar Cemiyyetinin hüquqi varisidir, onların bütün hüquq ve öhdelikleri, habele emlakı ve tesis etdikleri hüquqi şexsler üzre mülkiyyet hüquqları “Bakı Metropoliteni” Qapalı Sehmdar Cemiyyetine keçmişdir. “Bakı Metropoliteni” Qapalı Sehmdar Cemiyyeti dövlet qeydiyyatından keçdiyi andan Bakı Metropoliteni ve “Azertunelmetrotikinti” Sehmdar Cemiyyeti hüquqi şexs statusunu itirirler.
“Bakı Metropoliteni Nizamnamesinin tesdiqi haqqında” Azerbaycan Respublikası Nazirler Kabinetinin 1995-ci il 4 sentyabr tarixli 197 nömreli qerarı leğv edilsin”.
DOSTLARINLA PAYLAŞ: