Bakı Metropoliteninin rəisi məhkəməyə verilib
16 Oktyabr 2013 Çərşənbə 15:14
Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətinə oktyabrın 17-də baxılacaq.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məhkəməyə verilib.

ANS PRESS-in Bakı Apellyasiya Məhkəməsinin saytına istinadən verdiyi məlumata görə, T.Əhmədova qarşı qaldırılan məhkəmə iş üzrə iddiaçı Vəliyev Fikrət Səlim oğludur.

Məhkəmə aidiyyətinin müəyyən edilməsi üzrə işə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. Məhkəmə iddianı təmin etmədiyi üçün iddiaçı Fikrət Vəliyev Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, Bakı Metropoliteninin rəisi T.Əhmədovla bağlı apellyasiya şikayətinə oktyabrın 17-də baxılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar