Ölkə

Bakı Metropolitenində texniki nasazlıq baş verib

Nəticədə qatarlardan biri 10-dəqiqədən artıq dayanıb

· Xəbərçi
Bakı Metropolitenində texniki nasazlıq baş verib

Bu gün səhər saat 09.50 radələrində Bakı Metropoliteninin "Gənclik" stansiyasında qatarda texniki nasazlıq baş verib. Nəticədə qatarların hərəkəti təxminən 14 dəqiqə dayanıb. Qatarların hərəkəti saat 10:04-də bərpa olunub. Metronun "Gənclik" stansiyasının rəisi Şaiq Heydərovun sözlərinə görə, nasazlıq 28 may stansiyası istiqamətində gedən 2-ci yolda qatarın ariel sistemində olub. Həmin yerə köməkçi qatar göndərilib. Nasazlıq ucbatından "Gənclik" stansiyasında qalmış qatar köməkçi qatarın vasitəsilə depoya aparılıb./ANS TV/

Şərhlər