Bakı Metropolitenində qatarların hərəkətində fasilə yaranıb
Bakı Metropoliteninin «Dərnəgül»- «Həzi Aslanov» xəttində qatarların hərəkətində fasilə yaranıb.
Sərnişinlərin APA-ya verdikləri məlumata görə, «Dərnəgül» stansiyasından «Həzi Aslanov» stansiyası xətti üzrə hərəkət edən qatar metronun «Elmlər Akademiyası» stansiyasında 20 dəqiqəyə yaxındır dayanıb. Sərnişinlərə metro bələdçiləri tərəfindən qatarın hələ bir müddət stansiyada dayanacağı barədə xəbərdarlıq olunub. Qatarın dayanmasına səbəb kimi «Nizami» stansiyasında bir nəfərin intihar etməsi göstərilib. Bakı Metropolitenindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. APA




Şərhlər