Bakı Metropoliteni 11 milyon sərnişin itirib
19 May 2010 Çərşənbə 17:55
Belə getsə, metro xidmətindən imtina edənlərin sayı 30 milyona çata bilər.
Bu ilin 4 ayında Bakı Metropoliteninin xidmətindən 62 milyon nəfər istifadə edib. Bu, ötən ilin eyni dövründəkindən 11 milyon (14,9 faiz) azdır.

Hər ay Bakı Metropoliteni təxminən 2-2,5 milyon istifadəçi itirir. Bu templə Metropoliten bu il 30 milyon sərnişin itirə bilər.

Qeyd edək ki, metroda sərnişin axınının azalması ötən ilin oktyabrında gediş tarifi 0,05-dən 0,15 manata artırılandan sonra başlayıb. Ötən ilin sonunda "Azadlıq prospekti" stansiyasının istifadəyə verilməsi də prosesi dayandıra bilmədi. Dövlət Statistika Komitəsinin məlumatına görə, deyilən dövrdə sərnişin axını 8,6 faiz azalıb.anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar