Bakı-Mahaçqala qatarı bu gündən ləğv olunub
29 May 2010 Şənbə 11:20
«Azərbaycan Dəmir Yolları» QSC tərəfindən həyata keçirilən Bakı-Mahaçqala «Ekspress» qatarı bu gündən ləğv olunub.
 Bu barədə APA-ya «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib. Onun sözlərinə görə, Bakı-Mahaçqala marşrutu üzrə işləyən sonunca «Ekspress» qatarı Bakıdan mayın 28-də yola düşüb. Bu gün isə Mahaçqaladan sonuncu qatar Bakıya gələcək.

N. Əzməmmədov onu da bildirib ki, qatarın ləğv olunması ilə əlaqədar olaraq, Bakı-Mahaçqala qatarının vaqonları Bakıdan iyunun 4-dən etibarən həftədə üç dəfə - V, I, III günləri 373/374 №-li Bakı-Tümen qatarına Mahaçqalaya kimi qoşulacaq. Geriyə Mahaçqaladan vaqonları isə həftənin V günləri 392 №-li Rostov-Bakı qatarına, həftənin I və III günləri isə 56 №-li Moskva-Bakı qatarı gətirəcək.

Qeyd edək ki, Bakı-Mahaçqala «Ekspress» qatarı 2003-cü ildən fəaliyyət göstərir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar