Bakı-Lvov aviareysi bərpa olunacaq
25 May 2010 Çərşənbə Axşamı 22:15
Biletin qiyməti 400 manat olacaq.
Gələn aydan Bakı-Lvov aviareysi yenidən bərpa olunacaq. Reysə biletin qiyməti 400 manat təşkil edəcək.
Ötən il açılan Bakı-Lvov reysi üzrə uçuşlar "donuz qripi" təhlükəsinə görə dayandırılmışdı. Ukrayna ticari-iqtisadi missiyasının rəhbəri Miroslav Blaşukun sözlərinə görə, bu reysin bərpa olunması ölkələrin turizm sektorundan başqa, iqtisadi əlaqələrində genişlənməsinə səbəb olacaq.

“Azərbaycanla Ukrayna arasında iqtisadi-ticarət əlaqələri yüksək səviyyədədir. Bu, ticarət dövriyyəsinin artmasından da bəllidir. Belə ki, 2010-cu ilin 1-ci rübünün nəticələrinə görə, Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsi 240 milyon dollar təşkil edib. Azərbaycandan Ukraynaya 153 milyon dollarlıq mal göndərilib. İdxal isə 87 milyon dollar təşkil edib. Qeyd etmək istəyirəm ki, Lvov-Bakı aviareysinin bərpası iqtisadi əlaqələrin inkişafına xidmət edəcək və mövcud potensialdan istifadəni yüksəldəcək”,- deyə Miroslav Blaşuk bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar