Bakı limanı Ələtə köçür
28 Yanvar 2014 Çərşənbə Axşamı 16:13
Musa Pənahov: Bərə terminalının tikinti işləri aktiv templə davam edir.
Nəqliyyat Nazirliyi 2014-cü il iyunun sonunda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalının Ələt qəsəbəsindəki yeni limana köçürülməsi prosesinə başlamağı planlaşdırır. ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamsında nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

O bildirib ki, bərə terminalının tikinti işləri aktiv templə davam edir ki, bu da terminalın nəzərdə tutulan müddətdə işə başlamasına imkan verəcək. Musa Pənahov bunun bərə terminalının paytaxtın mərkəzindən çıxarılması üçün imkan yaradacağını deyib.

Nazir müavini əlavə edib ki, konteyner və quru yük terminalının yaradılması çərçivəsində aktiv işlər aparılır. M. Pənahov müasir tələblərə uyğun konteyner terminalının yaradılmasının planlaşdırıldığını deyib.

M. Pənahov qeyd edib ki, yeni dəmir yolunun yaradılması üzrə tikinti işləri Gürcüstan və Türkiyədə aktiv templə aparılır və Azərbaycanda dəmir yollarının yenilənməsi və yenidən qurulması üzrə işlər davam edir.

Qeyd edək ki, beynəlxalq limanının tikintisi 2010-cu ilin noyabr ayında başlayıb. Liman ildə 11,6 milyon ton yük qəbul edə biləcək.

 


DOSTLARINLA PAYLAŞ:

oyunlar