Bakı-Kiyev qatarının hərəkəti bərpa edilib
06 Yanvar 2010 Çərşənbə 17:15
Bakı-Kiyev qatarının hərəkəti bərpa edilib. Dəmiryolu xəttində tapılan partlayıcı qurğu zərərsizləşdirilib.
Bakı-Kiyev qatarının hərəkəti bərpa edilib. Bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Belə ki, Dağıstan hüquq-mühafizə orqanları Tarqi-Mahaçqala dəmiryolu xəttində aşkar edilən partlayıcı qurğunu artıq zərərsizləşdiriblər.

Xatırladaq ki, bu gün Dağıstan dəmiryolu xəttində partlayıcı aşkarlanıb. Bu səbəbdən dəymiryolu xətti ilə sərnişin qatarlarının hərəkəti məhdudlaşdırılıb. Dəmiryolu rəsmiləri, Bakı-Kiyev marşrutu ilə hərəkət edən qatardakı sərnişinlərin həyatını təhlükəyə atmaq istəmədiklərindən bu qərarı verdiklərini bildiriblər. Eynilə bugün Bakı-Moskva qatarının da hərəkəti artıq 2 saatdan çoxdur dayandırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar