Bakı gül bayramına hazırdır
10 May 2011 Çərşənbə Axşamı 00:41
Paytaxtdakı hazırlıqlardan son görüntülər
Bakıda Gül bayramına son hazırlıq işləri aparılır. Bakı şəhər İcra Hakimiyyətinin məlumatına görə, Gül bayramı ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci il dönümünə həsr olunub. Bayram şənliyi mayın 10-da saat 11:00-dan 19:00-dək Heydər Əliyev adına sarayın qarşısındakı parkda keçiriləcək. Saat 21:00-da Milli Parkın ərazisində Saat qülləsinin yanında incəsənət ustalarının iştirakı ilə konsert və möhtəşəm atəşfəşanlıq təşkil ediləcək.


Fotolar: Trend


DOSTLARINLA PAYLAŞ:

oyunlar