Bakı-Ələt yolunda böyük tıxac yaranıb
31 May 2009 Bazar 13:25
Səbəb isə yolda kanalizasiya sistemində aparılan təmir-bərpa işləridir

Bakı-Ələt yolunun Salyan şosesi adlanan hissəsində səhər saatlarindan başlayaraq paytaxtdan rayonlara və əks istiqamətdə gedən maşınların hərəkətində tıxac yaranıb. Nəqliyyatın hərəkətinin iflic vəziyyətə düşməsinə səbəb isə yolda kanalizasiya sistemində aparılan təmir-bərpa işləridir. Təmir işləri aparan fəhlələrin sözlərinə görə, burada inşa olunan mehmanxanaya ötən gün axşamdan başlayaraq kanalizasiya çəkilməsi ilə əlaqədar problemlər yaranıb. Günün ikinci yarısından başlayaraq isə maşınların hərəkəti nisbətən bərpa olunub./ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar