Ölkə

Bakı-Dubay-Bakı istiqamətində aviareysdə xüsusi güzəştli veb-tariflər

Bu tariflər aviaşirkətin rəsmi saytı vasitəsilə bilet əldə etmək üçün nəzərdə tutulub

· Xəbərçi
Bakı-Dubay-Bakı istiqamətində aviareysdə xüsusi güzəştli veb-tariflər
Bakı-Dubay-Bakı istiqamətində aviareysdə xüsusi güzəştli veb-tariflər tətbiq olunub. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) verilən məlumata görə, bu tariflər aviaşirkətin rəsmi saytı www.azal.az vasitəsilə bilet əldə etmək üçün nəzərdə tutulub.

Bundan sonra Bakı-Dubay-Bakı istiqamətində aviabiletlərin veb tarifləri aşağıdakı kimi olacaq.
Bakıdan uçuş zamanı:

Gediş – 125 Avrodan başlayaraq (hava limanı rüsumları və takslar nəzərə alınmayıb) və gediş-dönüş – 186 Avrodan başlayaraq (hava limanı rüsumları və takslar nəzərə alınmayıb)
Dubaydan uçuş zamanı:

Gediş – 640 AED-dən başlayaraq (hava limanı rüsumları və takslar nəzərə alınmayıb) və gediş-dönüş - 940 AED-dən başlayaraq (hava limanı rüsumları və takslar nəzərə alınmayıb)

Şərhlər