Bakı Dövlət Universitetinə Heydər Əliyevin adı verilə bilər
27 May 2011 Cümə 16:24
Abel Məhərrəmov: “Biz bu məsələni siyasi müstəvidə qaldıra bilərik”
Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Demokratik Cümhuriyyətinin yaradıcılarının xatirəsinə abidə kompleksi ucaldıla bilər. Bunu BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov deyib. “Məmməd Əmin Rəsulzadənin abidəsinin ucaldılması barədə qərar dövlət səviyyəsində həll olunmalıdır. Əgər müvafiq qərar olarsa, biz də bunu dəstəkləyəcəyik. Mən hesab edirəm ki, Xalq Cümhuriyyətinin qurucularına kompleks abidə yaradılmalıdır”, - deyə rektor qeyd edib.
Rektor hesab edir ki, BDU-ya ümumilli lider Heydər Əliyevin adının verilməsi də mümkündür: “Universitetə ya dünya şöhrətli siyasətçinin, ya elm korifeyinin adı verilə bilər. Heydər Əliyev BDU-nun tələbəsi, özü də dünya şöhrətli tələbəsi olub. Rəsulzadə isə bu universitetdə dərs keçib. Biz bu məsələni siyasi müstəvidə qaldıra bilərik”.
DOSTLARINLA PAYLAŞ: