Bakı buxtasında salınacaq körpünün ilkin qiyməti açıqlandı
17 İyun 2011 Cümə 14:24
Bu barədə Nəqliyyat Nazirliyinin iqtisadiyyat cə nəqliyyat siyasəti şöbəsinin rəisi Sədrəddin Məmmədov məlumat verib.
İyul ayının sonunadək Koreyanın "Dongsung Engineering" şirkəti Azərbaycanın Nəqliyyat Nazirliyinə Bakı buxtasından keçəcək körpünün texniki-iqtisadi əsaslandırılmasını təqdim edəcək. Bu barədə jurnalistlərə açıqlamasında Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin rəisi Sədrəddin Məmmədov məlumat verib.
Onun sözlərinə görə, bundan sonra layihə hökumətə təqdim ediləcək. Layihənin dəyəri isə 1, 8 mlrd dollar qiymətləndirilir.
"Layihə çərşivəsində körpünün layihələndirilməsi, işlənməsi və və istismarı üçün vəsait ayıracaq beynəlxalq konsorsiumun yaradılması planlaşdırılır. Yeni körpü qoyulan xərci çıxaranadan sonra Azərbaycana veriləcək. Layihəyə Azərbaycan tərəfdən investisiya qoyuluşu nəzərdə tutulmayıb", deyə S. Məmmədov qeyd edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: