Bakı bulvarında idman kompleksi tikiləcək
25 Oktyabr 2013 Cümə 17:48
Kompleksin layihəsi təsdiq edildikdən sonra onun tikintisinə başlanılacaq.
Dənizkənarı Milli Parkda idman kompleksi tikiləcək. Bu barədə ANS PRESS-ə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovbildirib.
Onun sözlərinə görə, kompleksin yaxın iki ay ərzində hazır olacağı gözlənilir: “Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyinin əməkdaşları kompleksin yerləşəcəyi əraziyə baxış keçiriblər. Kompleks layihəsi tərtib və təsdiq edildikdən sonra onun tikintisinə başlanılacaq. Hələlik proyekt təsdiq olunamyıb, şifahi danışıqlar aparılıb. Proyekt baxılması gələn həftənin 1-2-ci günləri təqdim olunacaq. Tikinti işləri 1-2 aydan çox vaxt aparmayacaq".
N. Məcidov bildirib ki, idman kompleks 2013-cü ilin sonu, 2014-cü ilin əvvəlində hazır olacaq. idman kompleksi istismara veriləcək. Bu ən geci yanvar ayına qədər çəkəcək.
DOSTLARINLA PAYLAŞ: