Bakıda Babək prospektində yerləşən maşın bazarı adı ilə məşhur olan Avtomobil Satış Mərkəzi yeni ünvana köçürülüb. Bundan sonra satıcılar avtomobillərini Yasamal rayonu ərazində yerləşən Bakı Şəhər Avtomobil Satış Mərkəzində satacaqlar. Artıq 7 aydır ki, fəaliyyət göstərən Mərkəzə giriş-çıxış tam nəzarətdədir. Mərkəzin baş meneceri Əli Məmmədovun sözlərinə görə, hələlik mərkəzdə bir o qədər sıxlıq müşahidə edilmir. Bu da çoxlarının bu ünvanı yaxşı tanımadığından irəli gəlir.
Qeyd edək ki, Mərkəz rəhbərliyi 1ay ərzində bazar ərazisində avtomobillərin markalarına uyğun sıralama yaradılacağını bildirib. Bundan sonra müştərilər axtardıqları avtomobilləri rahatlıqla tapa biləcəklər. /ANS TV/