Bu gün "Exselsior" otelinin konfrans zalında keçirilən "Bioetika, insan hüquqları və yeni texnologiyalar: reproduktiv sağlamlığın və ailə planlaşmasının hüquqi və etik aspektləri" mövzusunda beynəlxalq konfransın gedişatında Alik Eyvazov soyadlı azyaşlı tədbirin ukraynalı iştirakçısı Boris Todurova yaxınlaşaraq ona gül dəstəsi təqdim edib. Azyaşlı cərraha onu həyata qaytardığına görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Kiyev Müasir Ürək Mərkəzinin direktoru Boris Todurov ötən il Bakıda Ombudsman Aparatının təşəbbüsü ilə 5 azyaşlının ürəyində təmənnasız olaraq cərrahiyyə əməliyyatı aparıb. Həmin azyaşlıların arasında Alik Zeynalov da olub. Azyaşlının hərəkəti beynəlxalq tədbir iştirakçılarını əməlli-başlı kövrəldib.
Esmira Cavadova /ANS PRESS/