Azneftİstehsalat Birliyinə yeni baş direktor təyin olunub
07 Aprel 2011 Cümə Axşamı 15:21
Sabiq baş direktor Səbuhi Əhmədov tutduğu vəzifədən azad edilib
Bü gün “Azneft” İstehsalat Birliyində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə Birlik rəhbərliyinin toplantısı keçirilib. ANS PRESS-in ARDNŞ-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, R.Abdullayev çıxış edərək Birliyin baş direktoru Səbuhi Əhmədovun öz ərizəsinə əsasən tutduğu vəzifədən azad olunduğunu və Daşqın İskəndərovun “Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edildiyini bildirib.

Daha sonra R.Abdullayev Daşqın İskəndərovun əmək fəaliyyətindən danışıb, onun bacarıqlı kadr olduğunu vurğulayıb. ARDNŞ prezidenti Birliyin yeni baş direktorunu təbrik edərək ona yeni vəzifədə uğurlar arzulayıb.

Daşqın İskəndərov 1991-ci ildən “28 may” NQÇİ-də əmək fəaliyyətinə başlayıb, 1999-cu ilədək orada operator, mühəndis, “Neftin və qazın ilkin hazırlanması və nəqli” sexinin rəisi, 1999-2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində texnik, istehsalat üzrə supervayzer işləyib. 2007-2010-cu illərdə o, “28 may” NQÇİ-nin rəisinin I müavini, daha sonra isə rəisi vəzifəsinə irəli çəkilib. 2010-cu ildən Daşqın İskəndərov “Azneft” İB-də baş direktorun birinci müavini vəzifəsində çalışırdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar