Azərsu su təchizatı və kanalizasiya xidmətini yaxşılaşdırır
19 Mart 2011 Şənbə 20:00
Bu məqsədlə cəmiyyət xeyli sayda təmir-bərpa işləri yerinə yetirib
Bakı şəhəri və respublikanın digər regionlarında su təchizatı və kanalizasiya xidmətinin yaxşılaşdırılması məqsədi ilə təmir-bərpa işləri yerinə yetirilib. “Azərsu” ASC-dən verilən məlumata görə, ötən il istismara yararsız 121,9 kilometr (km) uzunluğunda su xətti, 11,5 km uzunluğunda kanalizasiya xətti təmir olunub.
617 elektrik mühərriki və 561 su nasosu yenisi ilə əvəz olunub, 21,5 km uzunluğunda elektrik kabeli dəyişdirilib. 24 su təmizləyici qurğu, 680 artezian və subartezian quyusu, bir kanalizasiya nasos stansiyası təmir olunub.
Su və kanalizasiya xətlərində baş verən qəzalar operativ aradan qaldırılıb, digər tədbirlər həyata keçirilib.
DOSTLARINLA PAYLAŞ: