Ölkə

Azərsu: Su ilə bağlı problem günün sonunadək həll olunacaq

Azərsu: Bakının bir sıra rayonlarına su verilişində yaranmış problemlərə elektrik enerjisinin fasilələrlə verilməsi səbəb olub.

· Xəbərçi
Azərsu: Su ilə bağlı problem günün sonunadək həll olunacaq
Bakının bir sıra rayonlarının su ilə təchizatında yaranmış problemlərə elektrik enerjisinin fasilələrlə verilməsi səbəb olub. Bu barədə «APA-ECONOMICS»ə «Azərsu» ASC-nin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aqşin Rüstəmov məlumat verib.

O bildirib ki, elektrik enerjisinin verilməsində meydana çıxan problemlər Bakıya gələn su mənbələrində, həmçinin Bakının girişində və daxilində olan su nasos stansiyalarının işində fasilələr yaradıb: “Buna görə də Bakının bir sıra rayonlarının su ilə təchizatında məhdudiyyətlər yaranıb».

A.Rüstəmov bildirib ki, bu günün sonuna kimi bütün su anbarları doldurularaq iş rejiminə keçəcək və müvafiq rayonlara suyun verilməsində problemlər yaranmayacaq.

Qeyd edək ki, qarlı hava şəraiti ilə əlaqədar Bakının Nizami, Səbail rayonları, Binəqədi rayonunun bir hissəsi, həmçinin Xırdalan şəhərində içməli suyun verilməsində problemlər yaranıb. APA

Şərhlər